Advertisement

“Şerif” kolumbiyalı müdafiəçi ilə yollarını ayırıb

Bakı. Trend:

Avropa Liqasında “Zirə”nin rəqibi “Şerif” bir futbolçu ilə
yollarını ayırıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Didye Bueno komandanı tərk edib.

Kolumbiyalı müdafiəçinin icarə müddəti başa çatıb.
“İndependyente Medelin”ə məxsus futbolçu 1 il “Şerif”in formasını
geyinib. 23 yaşlı oyunçu ilə müqavilə müddətinin uzadılmamasına
qərar verilib.

Qeyd edək ki, Bueno Tiraspol klubunda 17 oyunda 1 qol və 1
ötürmə ilə yadda qalıb.