Bakı. Trend:
Rusiyanın Amur bölgəsində “Robinson R-66” helikopteri qəzaya
uğrayıb.
Trend bu barədə rus
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, səhər saatlarında helikopter havaya qalxsa da,
lakin təyin olunmuş nöqtəyə çatmayıb. Helikopterin göyərtəsində
pilot və üç sərnişin olub. Hadisə nəticəsində 4 nəfər ölüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.





























