Advertisement

“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarılıb

Bakı. Trend:

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series –
Edition 2024” layihəsində mübarizə aparacaq yığmanın futbolçusu
Aleksey İsayev heyətdən çıxarılıb. Buna “Qarabağ”ın
yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan,
martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə
qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika
stadionunda keçiriləcək.