Advertisement

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan
Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7887 “Suyun keyfiyyəti
— Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun
keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini
– Alovlu atom absorbsiya spektrometrik üsullar” yeni dövlət
standartlarını qəbul edib.

Trend Dövlət Xidmətinə istinadən xəbər verir ki, standartları
Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlar
əsasında işləyib-hazırlayıb,

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə
(AZSTAND/TK-09) müzakirəyə çıxarılıb. Standartlar müvafiq
qurumlarla razılaşdırıldıqdan sonra AZSTAND onları təsdiqləyərək
standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil
edib.