
Bakı. Trend:
Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul
imtahanları iki dəfə – 11 fevral və 28 aprel tarixlərində
keçirilib.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,
imtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və
bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid
məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırki
müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi
zamanı kömək məqsədilə təqdim olunur. Belə ki, bu il imtahan yeni
modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50,
informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla,
ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici
dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı
və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə
5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən
maksimum bal əvvəl kimi 100 bal olub.
2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr
iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub.
İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox
olub.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən
yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın
(median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının
sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün
essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması
səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi
nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.
Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və
daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal
toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər
161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal
toplayanların sayı daha azdır.
Aşağıdakı cədvəllərdə bakalavrların 2024 və 2023-cü illərdə
keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla
tanış ola bilərsiniz.
Magistratura – 2024
Bakalavrların sayı: 24858
Ballar üzrə histoqram
| Bal intervalları |
Bakalavrların sayı (tezliklər) |
| 0 – 30 | 2301 |
| 30 – 35 | 1932 |
| 35 – 40 | 2613 |
| 40 – 45 | 3204 |
| 45 – 50 | 3351 |
| 50 – 55 | 3069 |
| 55 – 60 | 2707 |
| 60 – 65 | 2100 |
| 65 – 70 | 1475 |
| 70 – 75 | 1035 |
| 75 – 80 | 613 |
| 80 – 85 | 279 |
| 85 – 90 | 135 |
| 90 – 95 | 39 |
| 95 – 100 | 5 |
Magistratura – 2023
Bakalavrların sayı : 24118
Ballar üzrə histoqram
| Bal intervalları |
Bakalavrların sayı (tezliklər) |
| 0 – 30 | 1670 |
| 30 – 35 | 1254 |
| 35 – 40 | 1863 |
| 40 – 45 | 2261 |
| 45 – 50 | 2732 |
| 50 – 55 | 2924 |
| 55 – 60 | 2825 |
| 60 – 65 | 2527 |
| 65 – 70 | 2056 |
| 70 – 75 | 1737 |
| 75 – 80 | 1150 |
| 80 – 85 | 633 |
| 85 – 90 | 325 |
| 90 – 95 | 132 |
| 95 – 100 | 29 |





























