Advertisement

ABŞ-da mağazada atışma olub, iki nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Fordays şəhərində atışma nəticəsində azı 2 nəfər ölüb, 8
nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi polisə istinadən
bildirib.

Məlumata əsasən, hadisə ərzaq mağazasında baş verib. Atıcının
həbs zamanı yaralandığı qeyd edilib. Digər təfərrüatlar hələlik
verilməyib.