Bakı. Trend:
ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampla
ilk seçki debatına intensiv hazırlıqlara başlayır.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi
xəbər verib.
Məlumata əsasən, debatlar iyunun 27-nə planlaşdırılıb və 90
dəqiqə davam edəcək.
Qeyd olunub ki., hazırlıqlar C.Baydenin Kemp-Deviddəki
prezidentin iqamətgahında gedir. Onun debat ərəfəsində seçki
kampaniyasının köməkçiləri ilə qarşıdakı çıxışı üzərində işləyəcəyi
gözlənilir.





























