Advertisement

Aİ yaxın vaxtlarda Rusiyanın aktivlərindən olan gəlirin bir hissəsini Ukraynaya köçürə bilər

Bakı. Trend:

Avropa İttifaqı yaxın vaxtlarda Rusiyanın Avropada dondurulmuş
aktivlərindən əldə olunan gəlirlərin bir hissəsini Ukraynaya hərbi
yardım üçün köçürmək niyyətindədir. Və Avropa Sülh Fondu tərəfindən
artıq ayrılmış vəsaitlərə hələ də mane olan Macarıstanın vetosu ilə
bunun qarşını ala bilməyəcək.

Trend-in
məlumatına görə, bu barədə cümə günü keçirilən brifinqdə yüksək
səviyyəli Avropa rəsmisi bildirib.

“Biz bu pulun bir hissəsinin (Rusiya aktivlərindən əldə edilən
gəlirdən) sursat, hava hücumundan müdafiə vasitələri və yerli
(müdafiə) ehtiyaclarının alınması üçün ASF-yə yönəldilməsi barədə
qərara gəlməyə çalışırıq”, – deyə o qeyd edib.

O, Macarıstanın blokladığı ASF-nin pulundan istifadə probleminin
hələ də həll olunmadığını deyib. Onun sözlərinə görə, lakin
Rusiyanın aktivlərindən bu fonda vəsait yönəltməyə imkan verən
hüquqi və maliyyə mexanizmləri aşkar edilib.