Advertisement

“Zirə”nin rəqibi əlcəzairli futbolçu ilə güclənib

Bakı. Trend:

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi
“Şerif” heyətini gücləndirib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Sid Ahmed Ayssaui icarə əsasında Tiraspol klubunda
çıxış edəcək.

19 yaşlı yarımmüdafiəçi ÇSKA-dan (Rusiya) heyətə cəlb olunub.
Əlcəzairli futbolçu mövsümün sonuna kimi “Şerif”də oynayacaq.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk görüşün iyulun
11-də Moldovada, cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.