Advertisement

“Neftçi”dən təhlükəsizlik tədbirləri – “Spartak” üçün xüsusi sektor

Bakı. Trend:

“Neftçi” – “Spartak” oyununda azarkeşlərin təhlükəsizliyinin
yüksək şəkildə təmin edilməsi üçün atılacaq addımlar bəlli
olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti
açıqlayıb.

Yoldaşlıq görüşü zamanı azarkeşlər arasında yarana biləcək
mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq
preventiv tədbirlərin görülməsi planlaşdırılır. “Neftçi Arena”da
keçiriləcək matçda Moskva təmsilçisinin fanatları üçün xüsusi
sektor ayrılacaq.

“Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün
komandalarının müvafiq qurumları ilə əlaqə yaratmalıdır. “Neftçi”
azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə
təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər
komandalara və başqa ölkələrə məxsus atributları daşıyanların
olması məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin
azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan
çıxarılacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” matçı martın 23-də
keçiriləcək.