Advertisement

Paytaxtda növbəti ümumşəhər iməcliyi keçirilib

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda növbəti
genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirib.

Bu barədə Trend-ə BŞİH-in
Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, İcra Hakimiyyəti Kommunal təsərrüfat
xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və
prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə
yuyulmasını aparıb.

İməclik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub.
Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki
kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol
kənarındakı məhəccərlərin, park və istirahət yerlərində
oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış
məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə,
ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından
iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında
səliqə-sahman yaradıblar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı
ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi
yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq
göstərilib və təbii gübrələr verilib.