Bakı. Trend:
İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı
yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan
silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı
silahlardan yenidən atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri
tərəfindən adekvat cavab tədbirləri görülüb.





























