Advertisement

Estoniya rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan edib

Bakı. Trend:

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər
Nazirliyinə çağırılıb və ona diplomatik nota təqdim olunub.

Trend xəbər
verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

Diplomatik notaya əsasən, Rusiyanın Estoniyadakı səfirliyinin
əməkdaşı “persona non grata” elan olunub.

Bildirilib ki, Estoniyanın təhlükəsizliyinə qarşı keçirilən
hibrid əməliyyatlar dayandırılmalıdır.

“Estoniya Rusiyanın onun müstəqilliyi və suverenliyinə qarşı
yönəlmiş hərəkətlərinə dözmək niyyətində deyil”, – Estoniya XİN-in
məlumatında deyilir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun