Advertisement

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladı

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror
əməliyyatının başlanmasını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti
məlumat yayıb.

“Baş nazir “Azm-e-İstehkam” (Qətiyyət və sabitlik) əməliyyatına
başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə
kampaniyasını təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Yeni əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət
və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı
mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər
gücləndiriləcək. Müntəzəm olaraq antiterror əməliyyatları keçirən
hərbi qulluqçular “bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini”
alacaqlar.