Bakı. Trend:
ABŞ-nin Arkanzas ştatının Fordays şəhərində atışma nəticəsində
ölənlərin sayı dördə çatıb.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi
polisə istinadən xəbər verib.
“Atışma zamanı həlak olanların hamısı mülki şəxslərdir”, – deyə
polisdən bildirilib.
Məlumata əsasən, cümə günü ərzaq mağazasında baş verən atışmada
14 nəfər yaralanıb.
Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib. Polis
araşdırma aparır.





























