Advertisement

Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Bakı. Trend:

İyunun 23-ü saat 9:00-a olan məlumata əsasən bölgələrdə
qeyri-sabit hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə
şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı
yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə
saatlarında Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala
rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi
əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31,
Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21,
yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.