Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında onlarla silahlı
hədəfə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL)
mətbuat xidməti bildirib.
Məlumata görə, ordu cənubdakı Rəfah bölgəsində, eləcə də
Fələstin anklavının mərkəzi hissəsində əməliyyatları davam etdirir
və döyüşlər aparır.
“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında
onlarla terrorçu hədəfə, o cümlədən hərbi obyektlərə, yaraqlılara
və onların infrastrukturuna zərbələr endirib”, – deyə
bildirilib.
İsrail ordusunun son 24 saat ərzində tunellər və yeraltı terror
infrastrukturunun aşkar edildiyi Rəfah bölgəsində məqsədyönlü
əməliyyatları davam etdirdiyi bildirilib.





























