Bakı. Trend:
Göyçay rayonunun Potu kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
kənddə ümumi sahəsi 280 m² olan birmərtəbəli, bir dam altında
tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və
avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma
məntəqəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.
Ərzaq mağazası yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

























