Advertisement

Şahmatçılarımız Dünya Kubokunda mübarizəyə başlayır

Bakı. Trend:

Bu gün Gürcüstanın Batumi şəhərində şahmat üzrə Dünya Kuboku
start götürəcək.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, FİDE-nin yeni yarışında 8, 10 və 12 yaş qrupları
üzrə oğlanlar və qızlar mübarizə aparacaq.

Azərbaycanı yarışda 14 zəka sahibi təmsil edir. Batumidə Mahir
Vahidov, Daniel Konovalov, Yağmur Muradlı, Zərinə Mustafayeva
(U-8), Yasin Əzimov, Səfa Hümmətov, Məhəmməd Kazımzadə, Mehriban
Əhmədli, Xədicə Babazadə (U-10), Şəmsi Qaraxanov, Suat İbrahimli,
Əsnad Baxşızadə və Leyla Mirzəliyeva (U-12) çıxış edəcəklər.
Yığmamız turnirdə Fərid Abbasovun rəhbərliyi altında çıxış
edəcək.

Qeyd edək ki, Dünya Kubokuna 37 ölkədən şahmatçılar qatılıb.