Advertisement

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi HƏBS OLUNUB

Bakı. Trend:

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Hərbi
prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin
rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib

O qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin
mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlunun
vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs
halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə
(hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən
külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı
şübhələr olduğundan, ona Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham
elan olunmuş və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində
həbs qətimkan tədbiri seçilib.

“Hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq
idarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə
uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv
araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət
verilməsi təmin ediləcəkdir”, – F. Əliyev qeyd edib.