Bakı. Trend:
Bakıda dənizdə bir nəfərin meyiti tapılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran
qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən
təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.





























