Advertisement

ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

Bakı. Trend:

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi bu ölkənin Xarici İşlər
Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“L.Treysi ilə söhbət zamanı ona Kiyevin Sevastopolun mülki
əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan
yeni qanlı cinayəti ilə bağlı demarş edilib. ABŞ Kiyevin Rusiya
ərazisinə zərbələr endirməsini təşviq etdiyi üçün Rusiya cavab
tədbirləri görəcək”, – məlumatda deyilir.

“Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin
dərinliklərinə zərbə endirmək icazəsi verməklə Ukrayna
hakimiyyətini döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan
bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq
davam edəcək”, – Rusiya XİN-in məlumatında qeyd olunub.