Bakı. Trend:
Avropa İttifaqı “Life” layihəsinin yaradıcısı, “News Media”
nəşriyyatının baş direktoru erməni Aram Qabrelyanovu sanksiyalara
məruz qalanların “qara siyahısı”na daxil edib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə fərman Aİ-nin rəsmi jurnalında
dərc olunub.
Qeyd edilib ki, Qabrelyanov bir qrup KİV-in köməyi ilə aqressiv
təbliğat, saxta xəbərlər və dezinformasiya yayır.
“Aram Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və
müstəqilliyini təhdid edən hərəkətləri dəstəkləyir və həyata
keçirir”, – məlumatda bildirilib.





























