Advertisement

Pakistanda 5,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Nuşki şəhərindən
(Bəlucistan əyaləti) 67 km şimal-qərbdə olub. Yeraltı təkanların
ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.