Advertisement

Qubadlı rayonunda sərhədçilərlə görüş olub (FOTO)

Qubadlı. Trend:

Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin N Saylı hərbi
hissəsində 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində
sərhədçilərlə görüş olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Qeyri Hökümət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və
təşkilatçılığı ilə təşkil olunan görüşdə sərhədçilərlə bərabər,
şəhid ailələri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı
direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının QHT-lərlə iş
və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural
Əliyev, QHT təmsilçiləri də iştirak ediblər.

Öncə silah və texnikalara baxış keçirilib və onlara ətraflı
məlumat verilib eyni zamanda Tank üzərində gəzinti təşkil edilib.
Daha sonra konsert proqramı təşkil edilib.

Çıxış edənlər bildirib ki, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tarix yazaraq
torpaqlarımızı işğaldan azad edib. Bu gün ərazi bütövlüyü və
süvürenliyi bərpa olunan ölkəmizin sərhədləri əmin əllərdə olduğu
vurğulanıb. Daha sonra sərhədçi əsgərlərə hədiyyələr təqdim olunub.
Dövlət sərhəd xidmətinin orekstr qrupunun ifasında konsert proqramı
təşkil edilib. Sərhədçilər və qonaqlar rəqs ediblər.