Advertisement

Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrilib – Ekipaj üzvləri axtarılır

Bakı. Trend:

Yaponiyanın qərb sahillərində Cənubi Koreya bayrağı altında
kimyəvi maddələr daşıyan tanker çevrilib.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı yük gəmisində 8 İndoneziya, 2
Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla ümumilikdə 11 ekipaj üzvü
olub. Onlardan altısı xilas edilib.

Digər 5 nəfərin isə axtarışları davam edir.