Advertisement

Naxçıvanda pirotexnikanın satışını təşkil edən şəxslər məsuliyyətə cəlb edildi

Bakı. Trend:

Naxçıvanda polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan
maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması
istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat
xidmətindən Trend-ə verilən
məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində pirotexniki
vasitələrin satışı ilə məşğul olan İbrahimli Məmmədəli, Ağazadə
Sedat, Allahverdi Tural, Hüseynli Elnur, Məmmədov Cəmşid, Musayev
Xaliq, Məmmədov Həsənalı saxlanılıb və onlardan 35 000 ədəd
müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci
(istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya
satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi)
maddəsi ilə protokol tərtib edilərək baxılması üçün səlahiyyətli
orqana – məhkəmələrə göndərilib.

Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin
müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.