Advertisement

DİN virtual “papaqatdı” ilə bağlı vətəndaşlara müraciət edib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) virtual “papaqatdı” ilə bağlı
vətəndaşlara müraciət edib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)
Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial
şəbəkə hesabında yazıb.

“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq
üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz
olan “papaqatdı” virtual məkana daşınır. Əziz vətəndaşlar,
kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart
məlumatlarınızı məxfi saxlayın”, – o qeyd edib.