Advertisement

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.

Trend-in
məlumatına görə, bu barədə xidmətdən məlumat verilib.

Bildirilib ki, martın 22-də əsasən dağlıq və dağətəyi rayonlarda
yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral
avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək
məhdudlaşacağı ehtimalı var.