Advertisement

BMW şirkəti “Neue Klasse” adlı elektriklə işləyən yeni krossoverinin prototipini təqdim edib

Bakı. Trend:

BMW şirkəti “Neue Klasse” adlı yeni beynəlxalq platformada
qurulacaq elektriklə işləyən krossoverinin prototipini təqdim
edib.

Trend-in
məlumatına görə, bu barədə BMW şirkəti məlumat yayıb.

Bavariya şirkəti martın 21-də bildirib ki, yeni məhsul BMW-nin
“X line” modellərinin gələcəyini necə gördüyünü göstərir. “Neue
Klasse” elektrik krossoverinin istehsalına 2025-ci ildə
başlanılması planlaşdırılır. Yeni avtomobil “Panoramic Vision”
sisteminə sahibdir. Belə ki, ön şüşə bütün en üzrə proyeksiyaya
malikdir.

Elektrik krossoveri altıncı nəsil BMW eDrive texnologiyası ilə
təchiz edilib. Bu texnologiya ilə 10 dəqiqəlik şarj etməklə 300
kilometr məsafə qət etmək mümkün olacaq. Texnologiya, həmçinin
enerji ehtiyatını 30 faiz artıracaq. “Neue Klasse X”-in aerodinamik
göstəriciləri BMW xəttinin indiki krossoverlərindən 20 faiz d