Advertisement

Danimarka Almaniya matçı bərpa olundu –

AVRO-2024-ün 1/8 final həyəcanı Almaniya – Danimarka matçı ilə davam edəcək.

Apasport.az xəbər verir ki, Almaniya – Danimarka qarşılaşması saat 23:00-da “Siqnal İduna Park” stadionunda keçiriləcək.

Matçı ingiltərəli referi Maykl Oliver idarə edəcək.

Danimarka qrup mərhələsindəki çıxışı ilə diqqət çəkdiyi halda, keçirdiyi hər üç matç heç-heçə ilə başa çatıb. Qrup mərhələsində 8 qol vuran və öz qapısından cəmi 2 top keçirən ev sahibi Almaniya turnirin favoritlərindəndir. Almaniya Danimarka maneəsini dəf edərək 1/4 finala yüksəlmək istəyir.

Qeyd edək ki, Almaniya – Danimarka görüşünün qalibi İspaniya – Gürcüstan matçının qalibi ilə qarşılaşacaq.

AVRO-2024

1/8 final

29 iyun

23:00. Almaniya – Danimarka 0:0 (Birinci hissə)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, “Siqnal İduna Park” stadionu.

***

23:53

AVRO-2024-də 1/8 final mərhələsinin Almaniya – Danimarka görüşü yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, buna səbəb pis hava şəraiti olub.

Güclü yağış və şimşək çaxması üzündən baş hakim Maykl Oliver komandaları soyunub-geyinmə otağına göndərib.