Advertisement

İsrail Rəfaha nəzarəti ələ keçirəcək – Nazir

Bakı. Trend:

İsrail ABŞ ilə münasibətlərini kəsmək bahasına belə olsa, Rəfaha
nəzarəti ələ keçirəcək.

Trend İsrail
KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin strateji
məsələlər üzrə naziri Ron Dermer deyib.

O, Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusunun
Rəfah şəhərinə nəzarəti ələ keçirəcəyini bildirib.

“Hətta İsrail təkbaşına döyüşmək məcburiyyətində qalsa belə bu
baş verəcək. Hətta bütün dünya, o cümlədən ABŞ İsrailə qarşı çıxsa
belə, biz qalib gələnədək döyüşəcəyik”, – o deyib.

Dermerin sözlərinə görə, İsrail Rəfah şəhərinin HƏMAS üçün
sığınacağa çevrilməsinə icazə verə bilməz.

“Bu, İsrailə qarşı yeni hücumlara səbəb olacaq. Biz buna yol
vermək fikrində deyilik”, – o deyib.

Qeyd edək ki, Rəfah şəhəri Qəzza zolağının cənubunda Misirlə
sərhəddə yerləşir. Oktyabrın 7-də İsrail-HƏMAS münaqişəsi
başlayandan Qəzza zolağının digər bölgələrindən əhalinin axın
etməsi ilə şəhərin əhalisinin sayı 10 dəfədən çox artıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun