Advertisement

Ceyhun Bayramov Lavrovla telefonla danışdı

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya
Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon
danışığı baş tutub.

XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı nazir
Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən “Crocus
City Hall” mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən
dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini
bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya
xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və
yaralananlara tezliklə şəfa diləyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan
Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti
şəkildə pislədiyi vurğulanıb.