Advertisement

Emin Ağalarov “Crocus City Hall”dakı terror aktından sonra fədakarlıq göstərənlərə təşəkkür edib

Bakı. Trend:

“Crocus City Hall” un fədakar mühafizəçilərinə və qonşu
təşkilatların əməkdaşlarına, faciə gecəsi işləyən, ümumi bəladan
kənarda qalmayan və insanlara kömək edən bütün əməkdaşlara dərin
minnətdarlığımı bildirmək istəyirəm.

Trend-in
məlumatına görə, bunu “Crocus Group”un vitse-prezidenti Emin
Ağalarov öz “Instagram” səhifəsində yazıb.

“Həmin insanlar arasında rejissor Aleksey Vysotski, inzibatçı
Sonya Meyer, xüsusi layihələr şöbəsinin müdiri Sergey Maksimenkov,
qonşu obyektlərin mühafizə əməkdaşları Aleksandr Pozdnyakov və
Aleksandr Antipov, “Crocus City Hall” un mühafizəçisi Aleksey
Osanushkov və başqaları var. Bu insanların şücaəti əvəzsizdir və
heç vaxt unudulmayacaq.

Hamımız üçün dəhşətli bir kədər oldu. Qurbanların ailələrinə
səmimi başsağlığı verirəm, bütün qəlbimlə sağalmağı və qurbanlara
zehni güc diləyirəm”, – deyə paylaşımda vurğulanıb.