Advertisement

Somalidə silahlılar hərbi bazaya hücum edib

Bakı. Trend:

“Əş-Şəbab” silahlılarının paytaxt yaxınlığındakı hərbi bazaya
hücumu nəticəsində Somali ordusunun bir neçə əsgəri həlak olub.

Trend-in
məlumatına görə, bu barədə “Agence France-Presse” hərbçilərə
istinadən məlumat yayıb.

Onlar hücumun şənbə günü səhər tezdən Somali təhlükəsizlik
qüvvələrinin antiterror əməliyyatları üçün müvəqqəti baza qurduğu
paytaxtdan 40 kilometr aralıda – Buslidə baş verdiyini
bildiriblər.

Hərbi komandir Mohamed Adanın sözlərinə görə, hücumdan sonra
şiddətli döyüşlər olub. Bir neçə hərbçi həlak olub, yaraqlılar
tərəfindən də ölənlər var.

Agentliyin məlumatına görə, hökumət qüvvələri bu əraziyə
nəzarəti bərpa edə bilib.