Advertisement

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni 4 medalla başa vurublar

Bakı. Trend:

Gürüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük
Dəbilqə” turniri başa çatıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan yığması turnirdə 2 gümüş və 2
bürünc medal qazanıb.

Komandamız bu nəticə ilə ümumi hesabda 9-cu yeri tutub.
Gürcüstan yığması meydan amilindən istifadə edərək, 1-ci yeri tutub
(4-0-1). İspaniya (2-0-0) cüdoçuları 2-ci, Kanada (1-2-1)
təmsilçiləri ilə 3-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, millimizin heyətində Elcan Hacıyev (90 kq) və
Uşanqi Kokauri (+100 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Ruslan
Paşayev (66 kq) isə bürünc medal qazanıblar.