Advertisement

Azərbaycan və Britaniya deputatlarının görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci
Assambleyası çərçivəsində Davamlı İnkişaf üzrə Daimi Komitənin
iclası çərçivəsində Azərbaycan və Böyük Britaniya nümayəndə
heyətlərinin görüşü keçirilib.

Trend xəbər verir ki, Milli Məclisin deputatları Soltan Məmmədov
və Sevil Mikayılovanın iştirak etdiyi görüşdə əməkdaşlığın müxtəlif
aspektlərinə dair müzakirə aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri COP29 sessiyasına
hazırlıqla əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər haqqında
məlumat veriblər. Milli Məclisin Parlamentlərarası İttifaqla
əməkdaşlığı çərçivəsində COP29 tədbirində təşkil olunması nəzərdə
tutulmuş müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Qlobal
iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin fəal iştirakını
təşviq edilməsinin zəruriliyi qeyd olunub. Parlamentlərarası
İttifaq çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərinin
müzakirəsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan parlamentinin üzvləri Cənubi Qafqazda mövcud
vəziyyət, Ermənistanla münasibətlərin normallaşması istiqamətində
atılmış addımlar, ölkəmizin təklif etdiyi sülh gündəliyinə dair
ətraflı məlumat veriblər. Milli Məclisin deputatları britaniyalı
həmkarlarının regional təhlükəsizlik, Ermənistanla sülh
müqaviləsinin imzalanması perspektivləri, eləcə də Azərbaycan-Böyük
Britaniya münasibətlərinin inkişafı ilə bağlı suallarının
cavablandırıblar.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın
dərinləşdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından
mühüm rola malik olduğu qeyd edilib.