
Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat
silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19
alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və
digər sursatlar aşkar olunaraq götürülüb.





























