Advertisement

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Bakı. Trend:

Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq
rayonlarda qar yağıb.

Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli
yağış yağıb.

Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi
səhər saatlarında mülayimləşib.

Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm,
Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar; Şahbuz, Astara,
Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək,
Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala,
Şəki, Quba, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala,
Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron
yarımadasında yağış yağıb.

Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba,
Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6
dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4
dərəcəyədək isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq
rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12
dərəcəyədək şaxta olub.