
Bakı. Trend:
Artıq çəki ilə mübarizədə əsas düstur kalori defsiti
yaratmaqdır. Yəni bədəndə yandırılan kalori, qəbul ediləndən çox
olmalıdır. Nəticədə artıq çəki dediyimiz iç və dəri altı yağlar
toplanmağa imkan tapmadan parçalanır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq
Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, Novruz bayramında orqanizmdə karbohidrat
axını baş verir. Dadlı şirniyyatlardan keçmək mümkünsüz görünür və
nəticədə bel çevrənizin piylənməsi üçün ideal şərait yaranır.
İnsan, beynində qarşıya qoyduğu problemin həlli üçün mütləq bir
düstur olduqda, onun həllinə çalışır. Əks halda nə edəcəyini
bilmədikdə, beyin yorulmasın deyə, özünü əziyyətə vermir və
şəkərdən zövq almağa davam edir
“Niyə mövzunu şəkər üzərində qurmuşuq. Çünki, şəkəri, insanın
əsas zərərli vərdişi limi qəbul etmək lazımdır. Burada digər sual
meydana çıxır: bəs yağlar? Sağlam yağlardan qorxmaq lazım
deyil.
Yediyiniz hər paxlavanın və şəkərburanın hesabını kalori verərək
ödəmək lazımdır. Bunun üçün yürüyüş etmək, aralıqlı ac qalmaq
tövsiyə olunur. Yəni minimum 4 və 8-12 saatlıq ac qalmaqla bədəndə
metabolizmi aktivləşdirə və yağları yandırmaq mümkündür. Hər gün
aktiv templə ən azı 40 dəqiqə yürüş etmək həm fiziki, həm də
psixoloji olaraq sağlam qalmağa faydalıdır”, – deyə o bildirib.





























