
Bakı. Trend:
Ermənistan hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etməyi
nəzərdən keçirmir.
Trend erməni
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan
parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, Aİ-yə üzvlük üçün müraciət etməzdən əvvəl
ölkədə bir çox standartları dəyişdirmək lazımdır.
“Hətta biz müraciət etsək belə, məsələ bunun nə qədər
çəkəcəyindədir”, – o deyib.
Xatırladaq ki, bu ayın əvvəlində erməni KİV yaxın günlərdə
Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyini
yazıb.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakim
“Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə qərar qəbul etdiyini
və yaxın günlərdə, maksimum ay ərzində ölkənin Aİ üzvlüyünə namizəd
olmaq üçün müraciət edəcəyini bildirib.





























