Advertisement

Xankəndidə silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat
silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21
alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və
digər sursatlar aşkar olunaraq götürülüb.