
Bakı. Trend:
27 mart 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında
istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli
Bakı Baza Tibb Kollecinin tələbələri üçün “İlan, əqrəb, hörümçək və
həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr barədə nələri
bilməliyik?” mövzusunda növbəti maarifləndirici təlim həyata
keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və
Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun
olaraq təşkil edilmiş təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ilan,
əqrəb, hörümçək, həşərat və digər sancmaları, o cümlədən müxtəlif
zəhərlənmələrlə bağlı bağlı real təcrübəyə, ən müasir tibbi
yeniliklərə və sübutlu təbabətə əsaslanmış məruzə ilə çıxış
edib.
O, təqdimatı zamanı mövzu ilə əlaqəli statistik rəqəmləri
sadalayıb, kritik klinik hallar barədə nümunələr təqdim edib və
tələbələri maraqlandıran sualları cavablandırıb.
Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.





























