
Bakı. Trend:
Rumıniya martın 31-dən ilk dəfə Rusiya vətəndaşları üçün Şengen
vizası rəsmiləşdirəcək.
Trend xəbər
verir ki, bu barədə TASS agentliyinə Rumıniyanın Moskvadakı
səfirliyindən bildiriblər.
Qeyd olunub ki, Şengen vizası almaq istəyən Rusiya vətəndaşları
Rumıniyanın ölkə ərazisindəki bütün konsulluqlarına müraciət edə
bilərlər.
Martın 31-dən etibarən veriləcək vahid vizalar istənilən 180
günlülk müddət ərzində 90 gün müddətinə Şengen zonasına səfər
etməyə imkan verəcək. Həmin tarixə qədər verilən vizalarla isə
turistlər yalnız Rumıniyaya səfər edə bilərlər.





























