
Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
“Global Finance” nəşrinin keçirdiyi “World’s Best Private Banks”
müsabiqəsində “Best Private Bank in Azerbaijan 2024”
nominasiyasında qalib gəlib. ABŞ-nin Nyu-York şəhərində bu
mükafatların təntənəli təqdimetmə mərasimi keçirilib və mükafat
“PASHA Private Banking” blokunun baş direktoru Aqşin Mirzəzadəyə
təqdim edilib.
Tədbirdə çıxış edən Mirzəzadə Azərbaycan bazarında xidmət
göstərən ilk yerli “private banking” institutu kimi “PASHA Private
Banking” prioritetləri, strategiyası və fəaliyyət fəlsəfəsi
haqqında danışıb.
“PASHA Private Banking” olaraq əsas prioritetimiz güclü və
uzunmüddətli əlaqələr qurmaq, müştəriyə özəl xidmət göstərmək, tam
məxfiliyi təmin etmək və geniş çeşiddə investisiya xidmətləri
təqdim etməkdir. Bir sözlə, “PASHA Private Banking” fəlsəfəsinin
təməlində etimad, məxfilik və müştəriləri maliyyə rahatlığı ilə
təmin etmək və kompleks həlləri təqdim etmək öhdəliyi dayanır.
Bizim başlıca məqsədimiz müştərilərimizin həyatını asanlaşdırmaq,
sərvətlərini artırmaq və gələcək nəsillərə ötürməkdir”, – deyə
Mirzəzadə bildirib.
O bildirib ki, “PASHA Private Banking” beynəlxalq təcrübəni
mənimsəyərək və yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq,
müştərilərlə uzunmüddətli və etibarlı əlaqələr qurub, onların
məqsədlərinə uyğun fərdi və fərqli yanaşma əsasında maliyyə
xidmətləri və məhsullarını yüksək keyfiyyətlə təqdim edir.
“PASHA Private Banking” ilk dəfə “private banking” yanaşmasını
Azərbaycanda tətbiq edib,” o bildirib.
Artıq 9-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif
seqmentlərdə təmsil olunan bankların fəaliyyəti “Global Finance”
nəşri tərəfindən hərtərəfli təhlil edilərək, qiymətləndirilir. Bu
mükafat bankların fəaliyyətinin dayanıqlı inkişaf prinsiplərinə,
beynəlxalq standartlara uyğun aparılmasına, innovativ məhsul və
xidmətlərin tətbiqinə və digər nailiyyətlərə görə təqdim
olunur.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private
Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət
göstərən ilk qurumdur və son illər ərzində bir sıra fərqli
məhsullarla bazarda çıxış edib.
Həmin ildən etibarən özəl bankçılıq seqmentində beynəlxalq
təcrübəni təqdim edir, müştərilərə üst səviyyə xidmət və premium
məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya,
sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun
xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Fəaliyyəti
nəticəsində əldə etdiyi uğurlara görə fərqli illərdə “PASHA Private
Banking” nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən “Ən yaxşı
Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya
bankı” və “Ən yaxşı bank qrupu” nominasiyalarında
fərqləndirilib.
“PASHA Private Banking” xidmətləri haqqında ətraflı məlumat
almaq və təklif etdiyi üstünlüklərdən və imtiyazlardan yararlanmaq
üçün bu linkə keçid edin.



























