
Bakı. Trend:
2024-cü ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) 939,838 ton neft
tədarük olunub.
Trend bu
barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK)
məlumatlarına istinadən xəbər verir.
Bu, zavoda neft tədarüklərinin 2023-ci ilin analoji dövründə
tədarük olunan 966 669 tonla müqayisədə 2,8 faiz azalması
deməkdir.
EPDK-nin hesabatına əsasən, bu dövrdə zavodda müxtəlif neft
məhsulları, o cümlədən 581 min 804 tona yaxın dizel yanacağı,
təqribən 4 min 60 ton biodizel tərkibli dizel yanacağı, 103 min 497
ton aviasiya yanacağı, 90 min 148 ton digər məhsullar, təqribən 31
min 090 ton ağır vakuum qazoylu, 16 min 049 ton maye neft qazı, 176
min 025 ton nafta, 65 min 761 ton neft koksu, 39 min 523 ton neft
zavodu qazı və 14 min 896 ton yüksək kükürdlü dizel yanacağı
istehsal olunub.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft
emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin
dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına
qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi
milyard dollar təşkil edəcəyi gözlənilir.
STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton
təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək
qabiliyyətinə malikdir.
X:
@Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)





























