Advertisement

Bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, növbədənkənar seçkilərin keçirilməsi
Bolqarıstanın 49-cu Xalq Məclisinin fəaliyyəti çərçivəsində yeni
hökumət formalaşdırmaq imkanlarının bitməsi ilə bağlıdır. Belə ki,
Bolqarıstan prezidenti Rumen Radev “Belə xalq var” partiyasının
nümayəndələrinə yeni hökuməti formalaşdırmaq üçün üçüncü yekun
mandatı versə də, partiya nümayəndələri mandatı icra etmədən onu
dərhal dövlət başçısına qaytarıblar.

Partiya nümayəndəsi İvaylo Vılçev partiyanın adından etimadına
görə prezidentə təşəkkürünü bildirib və konstitusiyaya olunan
lazımsız düzəlişlərin prezidenti necə çətin vəziyyətə saldığını
anladıqlarını deyib.

“Şadıq ki, hakimiyyət uğrunda doqquz aylıq çəkişmə başa çatıb,
seçkilərə getmək lazımdır” – o deyib.

Rumen Radev öz növbəsində baş nazir postuna potensial
namizədlərlə dərhal görüşlər keçirəcəyini bildirib.

“Bu hadisələrlə əlaqədar olaraq, yoğun beynəlxalq proqramımı
təxirə saldım, texniki hökumətin formalaşması prosesinin
sürətlənməsi üçün lazım olan hər şeyi edəcəyəm”, – Radev qeyd
edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun