Advertisement

Lənkəranda yük maşını iribuynuzlu camışları vurub – FOTO

Lənkəranda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara-Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb.

“Gazel” markalı yük avtomobili hərəkətdə olarkən anidən qarşısına iribuynuzlu camışlar çıxıb, yük maşını camışı vurub.

Sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.