
Bakı. Trend:
Sabah Ramazan ayının 19-cu günüdür.
Trend xəbər verir ki, sabah
imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir.
İmsak duası:
“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila
xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən
iləl-həqqil-mubin”.
Tərcüməsi:
“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə
doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum
etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə
təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti
iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar
açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı
ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!





























