Advertisement

DTX-nin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluqla mübarizədə mühüm töhfə verir – Əli Nağıyev

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin
genişlənməsi beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil
cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm
töhfə verir.

Trend xəbər verir
ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının
yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli
tədbirdəki çıxışı zamanı deyib.

“Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin
genişlənməsi, o cümlədən hazırda dünya ölkələrinin 100-ə yaxın
xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada
əsaslanan mövcud tərəfdaşlıq münasibətləri məhz xaricdən
qaynaqlanan təhdidlərin neytrallaşdırılması – beynəlxalq
terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən
kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə
mühüm töhfə verir”, – deyə Əli Nağıyev bildirib.